
Ukrayna Prezidenti Volodimir Zelenski öz Aparatının növbəti rəhbəri ilə bağlı hələ qərar verməyib. Vakant vəzifəyə bir neçə namizəd nəzərdən keçirilir.
Missiya.Az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakın postuna ən çox müzakirə edilən dörd namizəd arasında müdafiə naziri Denis Şmıqal, Baş nazirin birinci müavini Mixaylo Fedorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov və Kəşfiyyat İdarəsinin rəis müavini Pavlo Palisa da var.
Mənbənin sözlərinə görə, Baş nazir Yuliya Svırıdenkonun Prezident Administrasiyasının rəhbəri təyin olunması ehtimalı azdır, çünki hakimiyyət yenidən hökumət başçısını dəyişmək istəmir.
Qeyd olunub ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsi ən azı Zelenski xarici səfərdən qayıdan (3 dekabr) gününə qədər boş qalacaq.
Xatırladaq ki, Ukrayna Prezident Administrasiyasının sabiq rəhbəri AndreyYermak korrupsiya qalmaqalına görə istefa verib.
Daşqın HəsənovMissiya.Az