Noyabrın 27-də Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla işgüzar görüş keçirib.
Rəsmi açıqlamaya görə, söhbət əsas beynəlxalq və regional məsələlərə, o cümlədən Fələstin-İsrail münaqişə zonasındakı hadisələrə və Suriyadakı hadisələrin dinamikasına yönəlib. Tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Xarici İşlər Nazirliyi hazırda bu barədə şərh verməkdən çəkinib.