AZ

İsraildə Rusiya və Azərbaycan səfirləri görüş keçiriblər

Noyabrın 27-də Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla işgüzar görüş keçirib.

Rəsmi açıqlamaya görə, söhbət əsas beynəlxalq və regional məsələlərə, o cümlədən Fələstin-İsrail münaqişə zonasındakı hadisələrə və Suriyadakı hadisələrin dinamikasına yönəlib. Tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Xarici İşlər Nazirliyi hazırda bu barədə şərh verməkdən çəkinib.

Seçilən
44
anspress.com

1Mənbələr