EN

Gənc əsgərlər and içdi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Doğru.az xəbər verir ki, mərasimdə Azərbaycan Dövlət Himni səsləndirilib, Dövlət Bayrağı meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub və xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi and içdikdən sonra ədliyyə naziri Fərid Əhmədov onları təbrik edib və tövsiyələrini çatdırıb. Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən mərasimdə əsgərlər Vətənə, xalqa və dövlətə sədaqət andı içərək Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olduqlarını bildiriblər.

Şəxsi heyətin marş sədaları altında təntənəli keçidi ilə mərasim başa çatıb.

DOĞRU.AZ

Chosen
2
1
dogru.az

10Sources