EN

Niderland Kiyevə 250 milyon yardım ayırır

Bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin görüşündən qabaq mətbuataaçıqlamasındaməlumat verib. O vurğulayıb ki, yardım əsasən hava hücumundan müdafiə sistemləri (HHMS), habelə "F-16" hərbi təyyarələri üçün sursat alınmasına hesablanıb.

Məlumat üçün bildirək ki, "Ukrayna üçün prioritetləşdirilmiş tələblər siyahısı" (PURL) təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte tərəfindən iyulun 14-də irəli sürülüb. Bu mexanizm çərçivəsində NATO müttəfiqləri ABŞ ehtiyatlarından Ukrayna üçün silah alırlar. Bu çərçivədə Kiyevə hər iki-üç həftədən bir müvafiq növ və sayda silah-sursat çatdırılır.

Firudin Həmidli
AzVision.az
Chosen
17
1
azvision.az

2Sources