ain.az bildirir, Apasport saytına əsaslanaraq.
“Barselona” “Mançester Siti”nin vingeri Savionu transfer siyahısına daxil edib.
Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb. Kataloniya klubunun idman direktoru Deku 21 yaşlı futbolçunu gələn il komandadan ayrılması mümkün olan Rafinya Diasın ən uyğun əvəzedicisi kimi görür.
Rafinyaya Səudiyyə Ərəbistanından real marağın olduğu bildirilir. “Barselona”nın mövcud maliyyə çətinlikləri nəzərə alınarsa, sərfəli təklif gəldiyi halda satışı qəbul etməsi ehtimalı yüksəkdir.
Savio “Mançester Siti”də daim start heyətində yer almır və bu da onun yaxın gələcəkdə komandadan ayrılacağı ilə bağlı şayiələri gücləndirir.
İngiltərə millisinin üzvü “Yunayted”də 300-ə çatdı
Derbi öncəsi "Qalatasaray"da sevindirici xəbər
Super Liqada daha bir istefa: baş məşqçi komandadan ayrıldı
"Aston Villa" yeni hücumçu üçün 57 milyon avro xərcləyəcək
Ramos "Real Madrid"ə qayıtmağa hazırdır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.