AZ

“Barselona” Rafinyanı onunla əvəz edəcək

“Barselona” “Mançester Siti”nin vingeri Savionu transfer siyahısına daxil edib.

Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb. Kataloniya klubunun idman direktoru Deku 21 yaşlı futbolçunu gələn il komandadan ayrılması mümkün olan Rafinya Diasın ən uyğun əvəzedicisi kimi görür.

Rafinyaya Səudiyyə Ərəbistanından real marağın olduğu bildirilir. “Barselona”nın mövcud maliyyə çətinlikləri nəzərə alınarsa, sərfəli təklif gəldiyi halda satışı qəbul etməsi ehtimalı yüksəkdir.

Savio “Mançester Siti”də daim start heyətində yer almır və bu da onun yaxın gələcəkdə komandadan ayrılacağı ilə bağlı şayiələri gücləndirir.

Derbi öncəsi "Qalatasaray"da sevindirici xəbər

Super Liqada daha bir istefa: baş məşqçi komandadan ayrıldı

"Aston Villa" yeni hücumçu üçün 57 milyon avro xərcləyəcək

Ramos "Real Madrid"ə qayıtmağa hazırdır

"Liverpul" və "Mançester Siti" Premyer Liqa forvardını hədəfləyir

Seçilən
12
1
apasport.az

2Mənbələr