EN

İsrail İrana qarşı yeni müdafiə texnologiyaları hazırlayır

İsrail İranla mümkün müharibəyə hazırlıq məqsədilə yeni hərbi texnologiyalar hazırlayır.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri yazıb.

"İranın hava hücumundan müdafiə və ballistik raket imkanlarını sürətlə artırması bütün cəbhələrin açıq qalması deməkdir və İsrail Müdafiə Qüvvələri (IDF) yeni döyüş əməliyyatlarına hazır olmalıdır",- İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Barama deyib.

Qəzetin məlumatına görə, İsrail İranla növbəti mümkün müharibə üçün yeni texnologiyalar üzərində işləyir.

İlahə Qənbərli

Missiya.Az

Chosen
28
missiya.az

1Sources