EN

Lipetsk sakinləri üçün Bakıda tətil “Şərq nağılı” adlandırıldı

Moskva, 1 dekabr, AZƏRTAC

Lipetsk vilayətinin sakinlərinə dekabr ayında ən rahat və əlverişli səyahət yerlərindən biri kimi qış tətilini Azərbaycanda keçirmək təklif edilib.

AZƏRTAC xəbər verir ki, regional tur operatorları Azərbaycanı rusiyalılar üçün məşhur vizasız marşrutlar siyahısına daxil ediblər və Xəzər dənizində tətili “Şərq nağılı” kimi təqdim ediblər.

Şirkətlərin məlumatına görə, dekabr ayında Bakı mülayim iqlim, temperaturun təxminən 12 dərəcə Selsi olması və yaxşı inkişaf etmiş şəhər infrastrukturu ilə xarakterizə olunur ki, bu da səyahəti Mərkəzi Rusiyadakı qış hava şəraitinə cəlbedici alternativə çevirir. Yerli portallar bu barədə məlumat verir, vizasız səyahət üçün əlçatan olan yerlərin seçimini dərc edirlər.

Təklif olunan marşrutların siyahısına, həmçinin Türkiyə, Vyetnam, BƏƏ, Tailand, Maldiv adaları, Gürcüstan və Kuba da daxildir. Bölgədəki tur operatorları qeyd edirlər ki, dekabr ayında rusiyalılar isti iqlimi, birbaşa uçuşları və inkişaf etmiş turizm infrastrukturu olan ölkələrə davamlı maraq göstərirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
18
azertag.az

1Sources