EN

Kaya Kallas: Bu həftə dönüş nöqtəsi ola bilər

Bu həftə Ukrayna ilə bağlı diplomatik səylər üçün dönüş nöqtəsinə çevrilə bilər.

KONKRET.az xəbər verir ki, bunu Avropa İttifaqının ali diplomatı Kaya Kallas deyib.

“Bu həftə diplomatiya üçün dönüş nöqtəsi ola bilər. Eşitmişik ki, ABŞ-da keçirilən danışıqlar çətin, lakin məhsuldar olub. Hələ nəticələr məlum deyil, lakin mən Ukraynanın müdafiə və xarici işlər nazirləri ilə danışacağam”, – deyə Kallas Aİ-nin müdafiə nazirləri ilə görüşdən əvvəl bildirib.

Kallas bir daha qeyd edib ki, Rusiya sülh istəmir. Buna görə də Ukrayna mümkün qədər gücləndirilməlidir ki, bu mürəkkəb dövrdə özünü müdafiə edə bilsin.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
27
1
konkret.az

2Sources