EN

Məktəblilərarası Milli Hakaton – 2025-in qalibləri mükafatlandırılıblar

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Məkəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova bildirib ki, bu il hakatonun olimpiada mərhələsinin mərkəzləşdirilmiş imtahan formatında təşkili yenilik olub. Bu yanaşma şagirdlərin bilik və bacarıqlarının bütün bölgələrdə eyni meyarlarla qiymətləndirilməsinə və nəticələrin obyektivliyinin artırılmasına şərait yaradıb.

Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı sahəsində aparılan işlərlə bağlı məlumat verib. Nazir müavini bildirib ki, məktəblərdə rəqəmsal infrastruktur gücləndirilib, internet təminatı isə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Hazırda ölkə üzrə 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanı mövcuddur. 

Çıxışlardan sonra hakatonun gedişatını əks etdirən videoicmal nümayiş olunub. 

Sonra müxtəlif kateqoriyalar üzrə yarışların qaliblərinə mükafatlar təqdim olunub. 

Mükafatlandırma mərasimi bədii proqramla yekunlaşıb. 

Sonda tədbir iştirakçıları üçün komandaların layihələri ilə tanışlıq məqsədilə infotur da təşkil edilib. 

Qeyd edək ki, müsabiqəyə ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. Onlardan 300 məktəbli final mərhələsində iştirak edib. Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə hazırladıqları veb-sayt, mobil tətbiq və oyun formatlı layihələrlə çıxış ediblər.

Məktəblilərarası Milli Hakaton – 2025-in əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, yaradıcı və istedadlı şagirdləri üzə çıxarmaq, eləcə də onların gələcək inkişaf imkanlarını genişləndirməkdir.

Chosen
5
8
tehsil.biz

9Sources