EN

Kutaisidə qətl törədən şəxs Türkiyəyə qaçmaq istəyərkən saxlanıldı

Kutaisidə baş verən silahlı insidentin şübhəlisi Türkiyəyə qaçmağa cəhd edərkən saxlanılıb.

NOCOMMENT.az bildirir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, İmereti polisi əvvəllər məhkum olunmuş Kutaisi sakinini iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirərək saxlayıb.

Ona 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası verilə bilər.

İstintaqın gedişində müəyyən edilib ki, noyabrın 30-na keçən gecə təqsirləndirilən şəxs Kutaisidə, Qamsaxurdiya küçəsindəki binalardan birinin yaxınlığında odlu silahdan atəş açıb. Nəticədə 3 nəfər yaralanıb. O, hadisə yerindən qaçıb.

Yaralılar təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb, lakin onlardan biri aldığı xəsarətlərdən həyatını itirib.

Şübhəli şəxs Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” sərhəd-keçid məntəqəsində saxlanılıb.
Chosen
68
nocomment.az

1Sources