EN

Xüsusi icra məmuru vəzifəsi üçün müraciətlərə baxılma qaydası təsdiq edilib

Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası təsdiq edilib.

Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qaydaya uyğun olaraq müraciət etmiş namizədlər ümumi siyahıya salınır və hər bir namizədə müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən "Yaddaş kitabçası" verilir.

Anonimliyin təmin edilməsi məqsədilə siyahıya salınmış hər bir namizədə rəqəmlərlə ifadə olunan şəxsi eyniləşdirmə kodu verilir. İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur.

İmtahana azı 2 gün qalmış hər bir namizədə onun fotoşəkli olan buraxılış vərəqəsi verilir. İmtahanın keçiriləcəyi barədə elanda buraxılış vərəqəsinin veriləcəyi tarixə dair məlumat göstərilməlidir.

Buraxılış vərəqəsində namizədin şəxsi eyniləşdirmə kodu, imtahanın keçirildiyi ünvan, tarix, saat, auditoriya, auditoriyada sıra və yer nömrəsi göstərilir.

İmtahandan müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslərin təqdim etdiyi sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qeydiyyatı aparılır.

Natamam və ya bu Qaydaya uyğun olmayan sənədlər qəbul edilmir. Sənədlərdə sonradan çatışmazlıqlar aşkar edildikdə isə bu barədə namizədə sənədlərin təqdim edildiyi gündən 5 iş günü müddətində bildirilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər onların qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.

Sənədlər onların qəbulu üçün müəyyən edilmiş müddətin bitməsinə 5 iş günü və daha az müddət qalmış təqdim edildikdə aşkar olunmuş çatışmazlıqlar barədə namizədə məlumat verildiyi gündən 5 iş günü ərzində çatışmazlıqlar aradan qaldırılmalıdır.

Sənədlərin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət ərzində poçta verilmiş sənədlər istisna olmaqla) qəbul edilmir.

Təqdim edilmiş sənədlər Müsabiqə Komissiyası tərəfindən yoxlanılır və yoxlamanın nəticəsinə uyğun olaraq namizədlər müsahibəyə buraxılır.

Məlumat üçün bildirək ki, qərar 2025-ci il noyabrın 28-də qəbul edilib, dekabrın 1-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib və qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
2
olaylar.az

3Sources