EN

Belarus genetiklər uzunömürlüyün sirrini açıqlayıblar...

...Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutunun aparıcı tədqiqatçısı Anna Şçayuk dövlət televiziyasında Akkermansia cinsinə aid bakteriyaların Belarus yüzilliklərinin bədənində geniş yayıldığını bildirib. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutu uzunömürlülükdən məsul olan təxminən on unikal gen müəyyən edib.

Bu, 90 yaşına çatmış belaruslular arasında aparılan tədqiqatlarla nümayiş etdirilib. Bu şəxslər bir sıra genetik oxşarlıqlara, o cümlədən regenerativ qabiliyyət nümayiş etdirən hüceyrələrə, eləcə də uzunömürlülüklə bağırsaq mikrobiomu arasında əlaqəyə malikdirlər.

...Bağırsaqlarda mövcud olan bütün mikroorqanizmlərin 58 faizdən çoxu bu cinsin bakteriyalarıdırş

Bunu Anna Şçayuk deyib.

...Bu, bədəndə düzgün qlükoza və lipid metabolizmasını təmin edir.Bundan əlavə, xolesterol səviyyəsinin azalması, qlükoza səviyyəsi və laktobasillərlə əlaqəli bakteriyalar arasında müsbət əlaqə aşkar edilib.

Əli Babayev

Chosen
22
sia.az

1Sources