Dekabrın 1-i saat 19:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Mingəçevir, Tərtərdə arabir yağış yağır.
Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur. Dumanda görünüş 200 metrədək məhdudlaşır.