FIFA 2026-cı il dünya çempionatında Video Köməkçi Hakim (VAR) sisteminə əlavə səlahiyyətlərin verilməsi üzərində çalışır.

Offsideplus.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən:

  • Səhvən verilən künc zərbələrinə VAR müdaxilə edə biləcək.
  • İkinci sarı vərəqənin düzgün olub-olmaması yoxlanılacaq və futbolçunun meydandan qovulmasının ədalətli olub-olmadığı araşdırılacaq.

Bu addımın məqsədi oyunun nəticəsinə təsir edə biləcək ciddi hakim səhvlərinin qarşısını almaq və qərarların daha dəqiq verilməsini təmin etməkdir.