FIFA 2026-cı il dünya çempionatında Video Köməkçi Hakim (VAR) sisteminə əlavə səlahiyyətlərin verilməsi üzərində çalışır.
Offsideplus.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən:
- Səhvən verilən künc zərbələrinə VAR müdaxilə edə biləcək.
- İkinci sarı vərəqənin düzgün olub-olmaması yoxlanılacaq və futbolçunun meydandan qovulmasının ədalətli olub-olmadığı araşdırılacaq.
Bu addımın məqsədi oyunun nəticəsinə təsir edə biləcək ciddi hakim səhvlərinin qarşısını almaq və qərarların daha dəqiq verilməsini təmin etməkdir.