Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Avropa ölkələrinin müdaxiləsi olmasaydı, Rusiya və ABŞ Ukraynadakı münaqişənin sülh yolu ilə həlli barədə artıq çoxdan anlaşma əldə etmiş olardılar.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Qəzetə danışan, adının açıqlanmasını istəməyən bir fransız rəsmisinin sözlərinə görə, əgər Avropa prosesi dəyişdirməyə çalışmasaydı, “Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp Ukrayna böhranının həlli üçün çoxdan razılığa gəlmiş olardılar”. Rəsmi əlavə edib ki, Vaşinqtonun Avropadan uzaqlaşdığı bir şəraitdə qitə “tək qalıb” və bu, Avropa ölkələrinin daha çox öz güclərinə arxalanmalı olduqları deməkdir.
Qəzet bildirir ki, ABŞ-ın Ukrayna üzrə təklif etdiyi sülh planının detalları və "Bloomberg"in iddiasına görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında aparılan danışıqların stenoqramı sayılan mətnlər bir çoxlarında belə bir təəssürat yaradıb: Tramp administrasiyası transatlantik alyansı qorumaqdan daha çox, Rusiya ilə münasibətləri və iqtisadi əməkdaşlığı yaxşılaşdırmaqda maraqlıdır.
Ötən həftə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan etmişdi ki, Rusiya Ukrayna üzrə danışıqlar masasında Avropanı görmür. Onun sözlərinə görə, Aİ keçmiş prezident Pyotr Poroşenkonun Donbasda həyata keçirdiyi “cəzalandırıcı əməliyyatı” dayandırmaq üçün heç nə etməyib, əksinə, “nasis rejiminin başlatdığı vətəndaş müharibəsinin davam etməsinə” şərait yaradıb.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.