ain.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az İsrail mətbuatına istinadən xəbər verir ki, Həsən Hudari dekabrın 1-də axşam saatlarında öldürülüb. O, oktyabrın 7-də qanlı qırğın zamanı İsrailin aqrar Nahal-Oz icmasına basqının iştirakçılarından biri olub. Hudari “Dəmir Qılınclar” müharibəsi başlayandan bəri İsrailin Müdafiə Qüvvələrinə (ÇAXAL) və İsrail vətəndaşlarına qarşı terror hücumlarının rəhbərləri sırasında yer alıb. “Hudarinin qətli noyabrın 22-də HƏMAS yaraqlılarının İsrail əsgərlərinə atəş açması nəticəsində atəşkəs razılaşmasının pozulmasından sonra İsrail ordusunun Qəzza zolağı boyunca həyata keçirdiyi hava hücumları çərçivəsində baş tutub”, - xəbərdə bildirilir. ÇAXAL-ın məlumatına görə, dərin kəşfiyyat təhlilindən sonra Hudarinin hava zərbələrindən biri zamanı öldürüldüyü təsdiqlənib.
pic.twitter.com/n0TMMsgNJ0
— Newsfeed (@Newsfeed883920) December 1, 2025
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.