EN

Bu qəsəbədə işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında 10 kV-luq Paylayıcı Qurğuda təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:30-dan 14:00-dək Bilgəh qəsəbəsi Zəfəran Sovxozu yaşayış massivi, Bilgəh kənd mərkəzi və Azərbaycan qadını küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Chosen
3
19
onn.az

10Sources