Renat Dadaşovun formasını geydiyi “Motor” Polşa çempionatında növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda 17-ci turda “Legiya”nı qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Renatın adı matçın iştirak ərizəsinə daxil edilməyib.
“Motor” 20 xalla 13-cü pillədədi.