“Çelsi” klubu sabiq futbolçusu Tyaqo Silvanın oğlu İsaqo Silva ilə ilk peşəkar müqaviləsini imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi 17 yaşlı müdafiəçi ilə anlaşmanın müddətini açıqlamayıb. İsaqo 13 yaşından “Çelsi” akademiyasında çıxış edir və bu mövsüm U-18 komandasında bir oyun keçirib.
Qeyd edək ki, hazırda “Fluminense”də oynayan Tyaqo Silva 2020–2024-cü illərdə “Çelsi”nin formasını geyinərək UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi olub.