Ağdaş rayonunda mikroavtobus yanıb.“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qumlaq kəndi ərazisində baş verib.Yanğın yerinə Ağdaş Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.Yanğın zamanı Rəhman Həmid oğlu Şirinova məxsus “Mercedes-Benz” markalı mikroavtobus tamamilə yanıb.Hadisə nəticəsində xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.