AZ

Ağdaşda mikroavtobus yandı

Ağdaş rayonunda mikroavtobus yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində baş verib.

Yanğın yerinə Ağdaş Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı Şirinov Rəhman Həmid oğluna məxsus "Mercedes" markalı  mikroavtobus tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
558
13
bakivaxti.az

10Mənbələr