EN

“Ramiz Mehdiyev iki səmtə baxan ikisifətli Yanus obrazıdır” ETİBAR ƏLİYEV

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə deyib: “Ramiz Mehdiyev Xalq Cəbhəsinin rəhbərlərinə deyirdi ki, mənim çox böyük təcrübəm var, işi bilirəm, mənə vəzifə verin, sizə xidmət edəcəyəm. Xalq Cəbhəsinə müraciətinin olmasını dəqiq bilirəm. Onda Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdi””.

Gununsesi.info bildirir ki, bu fikirləri sabiq deputat Etibar Əliyev qeyd edib.

“Ramiz Mehdiyev iki səmtə baxan ikisifətli Yanus obrazıdır. Bir siri yaddaşımın köməyi ilə mən də açım. 1988-ci ildə erməni barbarları bizi doğma torpaqlarımızdan vəhşicəsinə qovdular. Ağ-qara göstərən televizora Ramiz Mehdiyevi çıxarmışdılar. İndiki kimi onun dedikləri yadımdadır: “Ermənistanda azərbaycanılara qarşı heç bir təhdid yoxdur. Biz öyrəndik ki, mübahisə zəminində iki nəfər bir-birini döyüb”.

Bunu o vaxt demişdi ki, doğulduğum Şirazlı kəndinin camaatı evlərindən qovulmuşdu, Araz qırağına toplaşmışdı. Kəndimizin ağsaqqal seyidi Mirbağır ağa və bir neçə nəfər öldürülmüşdü.

Enveroviçi televiziyaya Əbdürrəhman Vəzirov çıxartmışdı.  AzTv-nin arxivində onun çıxışı qalmalıdır”.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə, xüsusilə ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunan Ramiz Mehdiyevin vəsatətini təmin edərək ona 4 aylıq ev dustaqlığı qətimkan tədbiri tətbiq edib.

87 yaşlı Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Firuzə 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
icma.az

1Sources