EN

Moda dünyasında tarixi razılaşma: İki lüks brend birləşdi

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Lüks moda dünyası tarixi razılaşmanın şahidi olub.

Ölkə.Az xəbər verir ki, “Prada” brendi “Versace”ı təxminən 1,4 milyard dollar dəyərində bir sövdələşmə ilə tərkibinə qatıb.

ABŞ mərkəzli dəb şirkətlər qrupu “Capri Holdings” “Versace”ın “Prada”ya 1,375 milyard dollar nağd pula satıldığını açıqlayıb.

Şirkətin baş direktoru Con D. İdol satışdan əldə edilən gəlirin əhəmiyyətli bir hissəsinin borcun ödənilməsinə sərf olunacağını bildirib.

Moda dünyasında böyük səs-küyə səbəb olan bu satınalma “Prada”nın lüks seqmentdə təsirini daha da genişləndirəcəyi ilə bağlı fərziyyələrə səbəb olub. 

“Versace”ın brend kimliyinin qarşıdakı dövrdə necə yer alacağı maraq doğurur.

Con Idol qrupun digər brendləri olan “Michael Kors” və “Jimmy Choo” üçün müəyyən edilmiş strateji yol xəritəsinin qüvvədə qaldığını bildirİB. Bu ili əməliyyat balansını bərpa etmək ili kimi xarakterizə edən Idol 2027 maliyyə ilində yenilənmiş böyüməyə hazır güclü bir təməl quracaqlarını söyləyib.

Billurə

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
96
1
olke.az

2Sources