EN

Növbədə Ermənistandır




• Prezident İlham Əliyevin sarsılmaz iradəsinin nəticəsi olaraq ATƏT-in Minsk qrupu və əlaqəli strukturları ləğv olundu.
• Açıq etiraf edək ki, de-fakto fəaliyyət göstərməyən Minsk qrupunun de-yure mövcudluğu Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə mane olurdu və beynəlxalq gündəmdə sanki münaqişənin həll edilmədiyi təsəvvürü yaradırdı.
• Minsk prosesinə aid bütün strukturların bağlanması ilə bu mövzu da tamamilə beynəlxalq gündəlikdən çıxarılmış oldu.
• Azərbaycanın diplomatik uğuru olan bu prosesin növbəti mərhələsi Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması olmalıdır.
• Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz.
• Hətta Paşinyan özü də etiraf edir ki, Konstitusiyanın preambulası sülhə maneədir və yeni Konstitisiya layihəsi hazırlanmalıdır və prosesə başlanması istisna deyil.
• Ermənistanın Ədliyyə naziri Srbui Qalyan qeyd edib ki, Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı ilin martında hazır olmalıdır.
• Artıq Avropa Birliyi də Azərbaycanın bu tələbini normal qəbul edir və sülh sazişinin imzalanması üçün rəsmi Bakının sülh planının. Ermənistan tərəfindən qəbul edilməsini zəruri sayır.
• Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq, müsbət istiqamətdə irəliləyişlər buna dərin inam yaradır.
• Göründüyü kimi Azərbaycan Aİ-nin Minsk qrupunu tarixin arxivinə göndərdiyi kimi prosesin ən həlledici mərhələsinə çatmaq üçün Ermənistanın Konstitusiya dəyişikliklərinə getməsini də beynəlxalq ictimai-siyasi institutlarda da legitimləşdirir.
• Bir sözlə, Azərbaycanın diplomatik qətiyyəti və inadı bütün tərəfləri və tələbləri gerçəkliklə barışmağa məcbur edir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Chosen
13
1
newscenter.az

2Sources