AZ

Növbədə Ermənistandır

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

• Prezident İlham Əliyevin sarsılmaz iradəsinin nəticəsi olaraq ATƏT-in Minsk qrupu və əlaqəli strukturları ləğv olundu. • Açıq etiraf edək ki, de-fakto fəaliyyət göstərməyən Minsk qrupunun de-yure mövcudluğu Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə mane olurdu və beynəlxalq gündəmdə sanki münaqişənin həll edilmədiyi təsəvvürü yaradırdı. • Minsk prosesinə aid bütün strukturların bağlanması ilə bu mövzu da tamamilə beynəlxalq gündəlikdən çıxarılmış oldu. • Azərbaycanın diplomatik uğuru olan bu prosesin növbəti mərhələsi Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması olmalıdır.• Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. • Hətta Paşinyan özü də etiraf edir ki, Konstitusiyanın preambulası sülhə maneədir və yeni Konstitisiya layihəsi hazırlanmalıdır və prosesə başlanması istisna deyil.• Ermənistanın Ədliyyə naziri Srbui Qalyan qeyd edib ki, Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı ilin martında hazır olmalıdır.• Artıq Avropa Birliyi də Azərbaycanın bu tələbini normal qəbul edir və sülh sazişinin imzalanması üçün rəsmi Bakının sülh planının. Ermənistan tərəfindən qəbul edilməsini zəruri sayır. • Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq, müsbət istiqamətdə irəliləyişlər buna dərin inam yaradır. • Göründüyü kimi Azərbaycan Aİ-nin Minsk qrupunu tarixin arxivinə göndərdiyi kimi prosesin ən həlledici mərhələsinə çatmaq üçün Ermənistanın Konstitusiya dəyişikliklərinə getməsini də beynəlxalq ictimai-siyasi institutlarda da legitimləşdirir. • Bir sözlə, Azərbaycanın diplomatik qətiyyəti və inadı bütün tərəfləri və tələbləri gerçəkliklə barışmağa məcbur edir.Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

2Mənbələr