EN

Kurban Berdiyevdən Ayxan Abbasova cavab

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kurban Berdiyevdən Ayxan Abbasova cavab

“Klassik kubok oyunu alındı. Adətən belə görüşlər gərgin keçir, bu oyun da istisna olmadı”.

QOL.az xəbər verir ki, bu sözləri "Turan-Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Kubokunun 1/8 finalında “Şahdağ-Qusar” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.

73 yaşlı mütəxəssis matçın ağır keçdiyini bildirib: “Digər futbolçulara özlərini göstərmək imkanı verdik. Bu matçda motivasiya çatışmazlığımız hiss olunurdu”.

K.Berdiyev baş məşqçi Ayxan Abbasovun milli komandadakı futbolçulara daha çox oynaya biləcəkləri klublara keçməyi tövsiyə etməsinə də toxunub. “Siz bu gün yerli futbolçulada bu səbəbdən çox oyun şansı verdiniz?” sualını Berdıyev belə cavablandırıb:

“Milli komandanın baş məşqçisinin dedikləri məni maraqlandırmır. Yerli futbolçulara daha çox şans verdik ki, sonra onların səhvlərini analiz edək. Çempionatda da həmin səhvləri təkrarlamasınlar.”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
68
2
qol.az

3Sources