EN

Rusiya bu ölkəyə yeni səfir təyin etdi KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Sergey Andreyevi Rusiyanın Slovakiyadakı yeni səfiri təyin edib.

KONKRET.az unikal-a istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi portalında qeyd olunub.

Putin başqa bir fərmanla Andreyevi Rusiyanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Sergey Andreyev Moskva Dövlət Universitetinin məzunudur. Bundan əvvəl o, Rusiyanın Portuqaliyadakı səfirliyində müşavir-nazir, eləcə də Anqolada (2002-ci ilə qədər) və Norveçdə (2010-cu ilə qədər) səfir vəzifələrində çalışıb. Andreyev 2014-cü ildən Rusiyanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
14
konkret.az

10Sources