EN

Restoran "Ukrayna dairəsi"ndəki parkın bir hissəsini terras kimi zəbt edib - İDDİA/VİDEO

Xətai rayonu, "Ukrayna dairəsi" yaxınlığındakı parkda özbaşınalıq edildiyi ilə bağlı məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, Baku TV-nin "Qaynar xətti"nə daxil olan şikayətə görə, burada yerləşən "Georginio" restoranı parkın bir hissəsini terras kimi zəbt edib.

Sakinlər deyirlər ki, bu həm gediş-gəlişi məhdudlaşdırır, həm də parkın ümumi funksiyasına uyğun deyil.

"Uşaqlar, yaşlılar bu parkda gəzirlər. Buradan pulu olmayanlar da keçirlər. Onların nəfsləri də yemək çəkə bilər. Masalar parkdan yığışdırılmalıdır", - deyə sakin narazılığını bildirib.

Daha ətraflı videomaterialda:


Bizim.Media

Chosen
33
2
bizim.media

3Sources