EN

İrana endirilən zərbələr barədə ABŞ dan sensasion açıqlama

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Müdafiə Nazirliyi İranın nüvə proqramına qarşı həyata keçirilən genişmiqyaslı hava əməliyyatı barədə açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Kinqsli Uilson brifinqdə bildirib. O qeyd edib ki, “Gecəyarısı çəkic” adlı əməliyyat planlaşdırıldığı kimi uğurla icra olunub.

Uilsonun sözlərinə görə, endirilən zərbələr nəticəsində İranın Fordo, Natanz və İsfahandakı yeraltı nüvə infrastrukturu tamamilə sıradan çıxarılıb:

“Əməliyyat mütləq uğur qazandı. İranın nüvə obyektləri tamamilə dağıdılıb. Ekspertlərin ilkin qiymətləndirməsinə görə, həmin obyektlərin bərpası ən azı iki il çəkəcək”.

Qeyd edilib ki, hücum ABŞ ərazisindən havaya qalxan B-2 Spirit tipli strateji gizli bombardmançı təyyarələr tərəfindən həyata keçirilib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
globalinfo.az

1Sources