EN

Mask: Vens ABŞ-nin növbəti prezidenti olacaq

BAKI, 3 dekabr. TELEQRAF

Amerikanın milyarder iş adamı İlon Mask düşünür ki, ABŞ-nin növbəti prezidenti hazırkı vitse-prezident Cey Di Vens olacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ mətbuatı "Politico" məlumat yayıb.

Məlumata görə, Mask bu fikrini 22 noyabrda videokonfrans vasitəsilə ABŞ hökumətinin Effektiv İşin Təşkili İdarəsinin (DOGE) əməkdaşlarına söyləyib. 2025-ci ilin bir neçə ayı ərzində Mask bu qurumun işinə nəzarət edib və ABŞ-da xüsusi statuslu dövlət işçisi kimi ictimai əsaslarla çalışıb.

Mask çıxışı zamanı ABŞ-nin "böyük 12 illik dövrün başlanğıcında" olduğunu vurğulayıb. Burada 2025-ci ildə başlayan Trampın dördillik dövrü və sonrakı iki belə dövr ərzində Vensin prezidentliyi nəzərdə tutulur. ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Hazırkı prezident Tramp bu seçkilərdə iştirak edə bilməz, çünki ABŞ Konstitusiyasının 22-ci maddəsinə əsasən, prezidentlik müddəti yalnız iki dövr ilə məhdudlaşdırılır.

Chosen
15
teleqraf.com

1Sources