EN

Gündəlik qoz-fındıq yemək şirniyyata təlabatıAZALDIR?

Gün ərzində yeməklər arasında az miqdarda qoz-fındıq qəbul etmək gənc yetkinlərdə şirniyyata olan həvəsi əhəmiyyətli dərəcədə azalda və metabolik sindrom riski daşıyan şəxslərin qidalanma keyfiyyətini yaxşılaşdıra bilər. Bu nəticəyə dietologiya sahəsi ilə məşğul olan mütəxəssislər apardığları araşdırmalara əsasən gəliblər.

Redaktor.az xəbər verir ki, raşdırmanın nəticələri "Nutrients" jurnalında dərc edilib.

Tədqiqatda 22-36 yaş arası, artıq çəkiyə malik və ən azı bir metabolik sindrom risk faktoru olan 84 nəfər iştirak edib. Onlar 16 həftəlik dövr üçün iki qrupa ayrılıblar: bir qrupa araqlar arasında badam, qoz, pikan, fıstıq, keşyu və digər növ çərəzlərdən ibarət qarışıqla qidalanmaq tapşırılıb, digər qrup isə peçenye, kraker və batonçik kimi “tipik” karbohidratlı qəlyanaltılarla təmin edilib. Hər iki qrupda qəlyanaltıların kalorisi eyni səviyyədə saxlanılıb.

Aytəkin TOFİQQIZI

Chosen
31
1
redaktor.az

2Sources