BAKI, 3 dekabr. TELEQRAF
Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, Şamaxıda yerli komanda ilə “Baku Sportinq” qarşılaşacaq.
“Sabah” Qubada “İmişli”nin, “Karvan-Yevlax” isə Bakıda “Qarabağ”ın qonağı olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.
Bizon Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr
14:00. “Şamaxı” – “Baku Sportinq”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
14:00. “İmişli” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Quba OİK stadionu.
19:00. “Qarabağ” – “Karvan-Yevlax”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”.