Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-ın müdafiə naziri Pit Hegset bildirib ki, Rusiya prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskiyin birlikdə naharda görüşməsi uğurlu nəticə verər.
Bizimyol.info xəbər verir ki, u barədə o, jurnalist Keti Millerə 2 dekabrda dərc olunan müsahibəsində danışıb.
Millerin “Nahar süfrəsi arxasında kimi üç şəxsi bir araya gətirmək istərdiniz?” sualına Hegset belə cavab verib: “Hazırda düşünürəm ki, prezident Tramp, Rusiya prezidenti Vladimir Putin və Zelenski bu süfrədə olmalıdırlar. Və görək nəticə necə olacaq”, – deyə o, gülərək əlavə edib. Hegset bu görüşün “sülh naminə bir nahar” olacağını vurğulayıb.
Nahar menyusu barədə suala cavab verərkən Hegset “steklər” olacağını deyib: “Prezidentlər nə istəyəcəksə, o da olacaq”. O, həmçinin zarafatla “rus souslu salatın” da verilə biləcəyini qeyd edib.
Vaşinqton bundan əvvəl Ukrayna münaqişəsinin həlli ilə bağlı 28 bəndlik plan təqdim etmişdi. Sənəd Kiyevin və Avropa tərəfdaşlarının narazılığına səbəb olmuş, onlar sənəddə ciddi dəyişikliklər etməyə çalışmışdılar. 23 noyabrda ABŞ və Ukrayna nümayəndələri Cenevrədə danışıqlar aparıblar.
Daha sonra Tramp bildirib ki, ilkin Amerika sülh planı Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yenidən işlənib və indi yalnız bir neçə mübahisəli məsələ qalıb. O, həmçinin planın 22 bəndə qədər ixtisar edildiyini deyib.
30 noyabrda Floridada ABŞ və Ukrayna nümayəndələri arasında yeni məsləhətləşmələr keçirilib. Görüşdə münaqişənin dayandırılması yolları, iqtisadiyyat və təhlükəsizlik sahəsində uzunmüddətli həll variantları, Ukraynada seçkilərin keçirilməsi perspektivləri və ərazi məsələsi müzakirə olunub.
Moskvada isə prezident Putinin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşü başa çatıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Ukrayna məsələsinə həsr olunan bu görüş konstruktiv və məzmunlu keçib.
Tərəflər bir neçə sülh planı variantını, o cümlədən ərazi məsələsini müzakirə edib və əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Uşakovun sözlərinə görə, Putin və Trampın mümkün görüşü məhz bu işçi qruplar arasında əldə olunacaq irəliləyişdən asılı olacaq.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.