EN

Cəlal Hüseynov “Botev”ə qarşı 90 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 18-ci turu çərçivəsində “Botev”lə (Plovdiv) qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda “Arda” 1 xalla kifayətlənib – 0:0. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.

“Arda” 18 turdan sonra 21 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 5 qələbə qazanıb, 6 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 67 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Chosen
8
6
arena.az

10Sources