EN

Tramp Dünya Kubokunun püşkatmasına qatılacaq

ABŞ prezidenti Donald Tramp 2026-cı il FIFA Dünya Kubokunun final mərhələsinin püşkatma mərasimində iştirak edəcək. Modern.az xəbər verir ki, Bu barədə Ağ Evin açıqlamasında bildirilib.

Dünya Kubokunun püşkatma mərasimi 5 dekabrda Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il FIFA Dünya Kubokuna tarixdə ilk dəfə 48 komanda qatılacaq.

Turnir 11 iyun - 19 iyul 2026-cı il tarixləri arasında keçiriləcək.

Chosen
92
2
modern.az

3Sources