EN

Los-Ancelesdə saxlanan erməni Azərbaycana deport olunacaq

Los-Ancelesdə Deportasiya və Saxlamalara Nəzarət İdarəsi (U.S. Immigration and Customs Enforcement – ICE/ERO) Azərbaycanda doğulmuş 45 yaşlı Rafael Vladimiroviç Sərkisyanın saxlanılması barədə məlumat yayıb.

Qurumun məlumatına görə, Sərkisyan noyabrın 25-də həbs edilib. Hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsində bildirdiyinə əsasən, o, daha əvvəl nəzarət olunan maddə istehsalı, tikiliyə od vurma və heyvanlara qarşı qəddar rəftar ittihamları üzrə təqsirli bilinib.

ICE-in məlumatına görə, doğulduğu ölkə – Azərbaycana deportasiya olunacaq Rafael Sərkisyan hazırda Kaliforniyada nəzarət altındadır. O, “Adelanto Detention Facility” saxlanma mərkəzində saxlanılır.

Sərkisyan hazırda deportasiya prosedurunu gözləyir./Bakupost.az

Xəbər 4 dəfə oxunub.
Chosen
15
5
xezernews.az

6Sources