EN

Nərmin Salmanova: “Bakı Metropoliteni”ndə çalışmıram

Nərmin
Teleaparıcı Nərmin Salmanovanın “Bakı Metropoliteni”ndə işlədiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib Bir müddət əvvəl teleaparıcı Nərmin Salmanovanın “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi vəzifəsinə təyin edildiyi barədə məlumatlar yayılmışdı. Lakin aparıcı bu xəbəri təkzib edərək sözügedən qurumda çalışmadığını açıqlayıb.
1news.az xəbər verir ki, Nərmin Salmanova sosial media hesabında paylaşım edərək bildirib ki, televiziyadakı fəaliyyətindən ayrılması Metropolitenin təklifi və bu sahədə özünü sınamaq istəyilə bağlı olsa da, əməkdaşlıq son anda baş tutmayıb. Onun sözlərinə görə, “Bakı Metropoliteni” ilə uzun sürən danışıqlardan sonra ilkin razılıq əldə edilib, lakin işə başlayacağı və əmək müqaviləsini imzalayacağı gün onun üçün vacib hesab olunan bəzi şərtlər dəyişdirilib. Bu səbəbdən tərəflər arasında əməkdaşlıq mümkün olmayıb.

“Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm”, – deyə aparıcı bildirib.

Chosen
14
1news.az

1Sources