EN

Bakı və Abşeronda oğurluq edənlər tutuldu

ain.az bildirir, Lent az portalına istinadən.

Bakının Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 3150 manat oğurlanıb.

Lent.az xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Məmmədli və T.Cəfərli saxlanılıb.

Nizami rayonunda isə gecə saatlarında bir nəfərə məxsus moped və Xırdalan şəhərində marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən F.Hüseynli, Ö.Əhmədov, eləcə də R.Kərimov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
lent.az

1Sources