EN

Malayziya 2014-cü ildə yoxa çıxan təyyarənin axtarışlarını bərpa edəcək

Malayziya 2014-cü ildə qeybə çıxan MH370 reysi üzrə axtarış əməliyyatlarını yenidən başladacaq. Editor.az xəbər verir ki, bu barədə məlumat “New Straits Times” tərəfindən yayımlanıb.

Xatırladaq ki, 2014-cü il martın 8-nə keçən gecə Malayziya Hava Yollarına məxsus MH370 reysi – içərisində 227 sərnişin və aralarında bir rusiyalı turistin də olduğu 12 ekipaj üzvü ilə – Kuala Lumpurdan Pekinə uçarkən radarlardan itib. Təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal edilir. Bir neçə ölkənin iştirak etdiyi üç illik genişmiqyaslı axtarışlara baxmayaraq, təyyarənin qalıqları tapılmayıb.

Bu ilin martında Malayziya hökuməti ABŞ-ın “Ocean Infinity” şirkəti ilə yeni axtarış mərhələsinin başlanmasına razılıq verib. Razılaşmaya əsasən, şirkət 55 gün ərzində okeanın dibində MH370 reysinə aid ola biləcək qalıqların axtarışını aparacaq.

Qeyd edək ki, iyun ayında da üç sərnişin daşıyan Citation C550 tipli təyyarə havaya qalxdıqdan qısa müddət sonra Venesuelada radarlardan itib. Təyyarə Karakas Hava Limanından Isla Marqarita istiqamətinə uçurdu. Aviasiya orqanlarının məlumatına görə, onun son koordinatları Maiquetia hava limanından 24 kilometr şərqdə, Huaraira Repano dağ silsiləsi yaxınlığında qeydə alınıb. Venesuela hakimiyyəti itkin düşmüş şəxslərlə bağlı axtarış-xilasetmə əməliyyatına başlayıb.

// Gülnarə Abasova, Editor.az

Chosen
147
editor.az

1Sources