EN

MN: G84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib » AzadMedia.az


"Geodeziya və Xoreoqrafiya Agentliyi tərəfindən Dünya geodeziya koordinasiya sistemi və G84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib".

Bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Azər Əliyev deyib.

O bildirib ki, Azərbaycan rəqəmsal ordu konsepsiyası ilə bağlı ciddi addımlar atıb:

“Bu prosesdə rəqəmsal xəritələr əsas məsələlərdən biridir. Coğrafi informasiya sisteminin yaradılması isə günümüzün tələbidir. Sözügedən coğrafi sistemlərlə birlikdə TDT-nin bu sahədə işləri birləşdirməsi böyük əhəmiyyət daşıyır. Vahid standartlara malik xəritələrin tətbiqi danılmazdır. Bu, TDT-nin ortaq mənafeləri ilə bağlı əsas istiqamətlərdən biridir", - Azər Əliyev vurğulayıb.
Chosen
18
7
azadmedia.az

9Sources