EN

Bu görüşün nəticələri TDT-də hərbi və mülki xəritəçəkmə sahələrində əməkdaşlığı daha da gücləndirəcək - Baş katibin müavini

Bakı. Trend:

Ötən il biz çox uğurlu ilk görüşümüzü keçirdik və Kartoqrafiyaİnstitutlarının rəhbərlərinin görüşü Ankarada təşkil olundu.Bununla da biz bu görüşlərin platformasını formalaşdırdıq.

Trend xəbərverir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının Baş katibininmüavini Merey Mukajan Türk Dövlətləri Təşkilatına (TDT) üzvölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci iclasındaçıxışı zamanı deyib.

O xatırladıb ki, son müddət ərzində Kartoqrafiya İnstitutununnümayəndələri ekspert səviyyəsində görüşlər keçirib və OTS xəritəsi— Türk Dövlətlərinin xəritəsi hazırlanıb:

“Artıq zaman yetişib və indi türk dövlətləri öz ortaqxəritələrini hazırlayır. Bu görüşün nəticələrinin hərbi və mülkixəritəçəkmə sahələrində əməkdaşlığı daha da gücləndirəcəyinəəminəm”.

Baş katibin müavini vurğulayıb ki, Türk dövlətləri elmə,riyaziyyata, fizika və astronomiyaya, eləcə də kartoqrafiyaya çoxböyük töhfələr verib:

“Kartoqrafiya sayəsində türk dövlətlərində mühüm məlumatlartoplanıb, tarix boyunca əhəmiyyətli əsərlər yaradılıb. Bu xəritələrdünya xəritəçiliyinin ən qədim nümunələrindən sayılır”.

Merey Mukajan qeyd edib ki, bugünkü görüş türk dövlətləriarasında tarixi bir mərhələ kimi yadda qalacaq və gələcəkdə busahədə mühüm əməkdaşlıq təşəbbüslərinin əsasını qoyacaq.

Chosen
7
1
az.trend.az

2Sources