EN

Azərbaycanda yeni topoqrafik xəritə hazırlanıb

Azərbaycanda Dünya Geodeziya Qlobal Sistemi (WGS-84) əsasında yeni topoqrafik xəritə hazırlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev dekabrın 3-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında məlumat verib. Onun sözlərinə görə, xəritə Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən Vətən müharibəsindən sonra Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı texniki tapşırığa uyğun olaraq tərtib edilib. A.Əliyev bildirib ki, Azərbaycanda tətbiq olunan rəqəmsal modellər uzun müddətdir müdafiə və təhlükəsizlik sahəsində inkişaf etdirilir:

"Bu sistemlərin əsasında relyefin müəyyən edilməsi, yüksəklik modelləri, ortofoto xəritələr, rəqəmsal sərhəd xəritələri, çoxölçülü məkansal məlumatlar və digər komponentlər dayanır. Bu isə müasir tələblərin dəyişməsini və yenilənməsini zəruri edir".

İdarə rəisi həmçinin xatırladıb ki, ötən il Ankarada qəbul edilmiş bəyannaməyə uyğun olaraq TDT ölkələrinin Vahid Tematik Xəritəsinin hazırlanması da iclasın müzakirə mövzuları sırasındadır.

Chosen
5
5
ikisahil.az

6Sources