EN

Xəzərin sahilində tapılan ölü suitilərin sayı 500-ə çatıb

Xəzər dənizinin Dağıstan sahillərində aşkarlanan ölü suitilərin sayı artaraq 500-ə çatıb.

Ekologiya.az xəbər verir ki, bu barədə Dağıstanın Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, heyvanların cəsədləri respublikanın bir sıra rayonlarında tapılıb.

Qeyd olunub ki, nazirliyin mütəxəssisləri Mahaçqala, Karabudaxkənd, Kayakent və Dərbənd rayonlarının sahil zolağında araşdırma aparıblar. Nəticədə sahillərdə ölmüş 484 suitinin cəsədi tapılıb.

Heyvanların ölüm səbəbini müəyyən etmək üçün Dağıstanın Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlara müraciətlər göndərib. Sahil ərazilərində tədqiqatlar davam etdiriləcək.

Chosen
6
4
ekologiya.az

6Sources