EN

Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinə 55 min manatlıq mebel almaq istəyirmiş

Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən sair torpaq tikili və avadanlıqlar üzrə keçirilmiş tender ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,  ləğv edilmə səbəbi olaraq bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və tələb olunan təminatı təqdim etmiş, müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub (36.1.1. maddəsi). Nəticədə tələb olunan sayda təchizatçı qiymət təklifi vermədiyi üçün tender 55.490,00 AZN ehtimal olunan qiymət ilə ləğv edilib.

Tender çərçivəsində kreslolar, iş və laboratoriya masaları, dolablar, divan-kreslo dəstləri, otaq arakəsmələri, jalüz pərdələr və digər ofis və laboratoriya mebellərinin çatdırılması və quraşdırılması planlaşdırılmışdı.

Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədovadır.

Bizi Facebookda izləyin

Chosen
34
1
nocomment.az

2Sources