EN

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir

Əmək Məcəlləsinə “Məsafədən (distant) iş” anlayışı əlavə edilir.

"Report" xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Sənəddə vurğulanıb ki, prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən edilib. Bu məqsədlə, işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasını yaratmaq üçün Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı daxil edilib.

Qeyd edilib ki, Əmək Məcəlləsi işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində, habelə məsafədən (distant) iş formasında yerinə yetirən işçilərə də şamil edilir.

Chosen
35
18
afn.az

10Sources