EN

Azərbaycan kubokunda 1/8 final: İmişli Sabah ı qəbul edir

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İmişli" və "Sabah" kubok üçün üz-üzə gələcək

Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinə start verilib.

Mia.az xəbər verir ki, Bizon Azərbaycan kubokunun bu mərhələdəki 2 oyunu artıq başa çatıb.

"Zirə"-"Neftçi" və "Şahdağ-Qusar"- "Turan-Tovuz" qarşılaşması başa çatıb. Bu gün "İmişli" müvəqqəti məskunlaşdığı Quba Olimpiya stadionunda "Sabah"ı qəbul edir. Turnirin daha bir iddialı oyunu bir azdan başlayacaq.

Hər iki komanda Premyer liqada iddialı oyun göstərir və üz-üzə gəliblər. Kubokun sahibi olmaq hər ikisinin ambisiyasıdı. Təbii ot örtüyü olan Quba stadionu hazırda dumana bürünüb. Hələ ki, azarkeşlər gözə dəymir. 

Yeri gəlmişkən, bu gün daha bir 1/8 final oyunu Şamaxıda oynanılır. "Şamaxı" "Bakı-Sportinq"i qəbul edir. Sabah baş tutacaq 3 oyunla mərhələyə yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
mia.az

1Sources