EN

Bakıda TDT-nin Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclası keçirilib - Yenilənib 

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib...

Poliqon xəbər verir ki, tədbirin rəsmi hissəsində ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, TDT Baş katibinin müavini Merey Mukajan, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri Murad Nəcəfbəyli, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorunun müavini Gülşən Rzayeva iştirak edib.

İclasda, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edib.


Toplantının yekunu olaraq TDT-nin Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısının bəyannaməsi qəbul edilib.

***

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci iclası keçirilir.

Poliqon xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Qurumları Rəhbərlərinin 2-ci İclası çərçivəsində bəyannamə qəbul olunacaq.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edir.

Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılıb.

Qeyd edək ki, Bakıda təşkil olunan iclasda TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr – 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci görüşündə müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçiriləcək.

Bu tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.

Poliqon.info

Chosen
5
4
poliqon.info

10Sources